Skip to content
    Əziz dostlar, Bu ay eyni zamanda iki önəmli bayramı: Novruz və Dünya Sosial İş gününü qeyd edirik. Zamin Zəkiyev Sosial işçi və İnsan Hüquqları Müdafiəçisidir və 10 ildir ki, Azərbaycanda sosial işçi kimi müxtəlif həssas əhali qruplarının dəstəklənməsi üçün saysız işlərin görülməsində təşəbbüs göstərib. Hazırda isə o, ictimai fəaliyyəti səbəbindən siyasi motivlərlə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dünya Sosial İş Gününün bu ilki mövzusu olan “Birgə İnşa - Ümid və Harmoniyanın Birgə Qurulması” Novruz bayramıyla eyni anlam və dəyəri paylaşır. Bu iki bayram bizə vahid ipucu verir: birlik, qarşılıqlı dəstək və ortaq məsuliyyət. Zamin hazırda Bakıdan 70 km məsafədə yerləşən penitensiar xidmət mərkəzinə köçürülüb. Ailəsinin Zaminlə görüşlərini asanlaşdıra bilmək və Zaminin həbsxanadakı zəruri ehtiyaclarının qarşılanması üçün dostları olaraq maliyyə dəstək kampanyası başlatmışıq. Ölkəmizin insan hüquqları müdaifəçisinə dəstək olmaq və ona tək olmadığını hiss etdirmək üçün GoFundMe üzərindən yığılan məbləğə qatqı verə bilərsiniz. Hörmətlə, Zaminin dostları.