QIY VAAR! KRİZİSDƏDİR

QIY VAAR! KRİZİSDƏDİR campaign photo, 1 of 3QIY VAAR! KRİZİSDƏDİR campaign photo, 1 of 3

  • L
7 donors
Fundraiser’s main image
0% complete

€115 raised of 

QIY VAAR! KRİZİSDƏDİR

QIY VAAR! KRİZİSDƏDİR

0% complete

€115 raised of 

7 donations
Donation protected

Bəzən satirik, bəzən üsyankar. 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəminin ardınca gedirik. "Sənə danışmaq üçün platforma vermək istəyirik" ideyası ilə qurduğumuz Qıy Vaar!-ın məqsədi LGBTQ+lərin səslərinin eşidiləcəyi və təmsil olunacağı bir məkan yaratmaqdır.

Kimliklərimizin rəqəmsal mühitlərdə də görməzdən gəlindiyini, səslərimizin boğulduğunu görürük. Buna görə də LGBTQ+lərin öz mikrofonunu tuta biləcəyi, öz sözünü deyə biləcəyi bir platforma qururuq. İlk vaxtlar podkast olaraq fəaliyyətə başlayan Qıy Vaar! bu gün həm podkastını davam etdirir, həm də icmanın informasiyaya çıxışını təmin etmək üçün müxtəlif platformalarda fəaliyyət göstərir.


İlk gündən müəyyən fond dəstəkləri alsaq da, platformamız əsasən fərdi imkanlar hesabına ayaqda qalıb. Təşəbbüskar jurnalistlərin və kuir məzmun yaradıcılarının səyləri ilə beş ildən çoxdur ki, Azərbaycan dilində LGBTQ+ jurnalistikasına tövhə veririk. Məhkəmələri izləyir, LGBTQ+ vətəndaşların üzləşdiyi problemlərə işıq tutur, icmanı narahat edən mövzuları öz qələmimizlə gündəmə gətiririk.

Hazırda ciddi bir böhranla üz-üzəyik. Müstəqil media üzərində artan təzyiqlər və jurnalist həmkarlarımızın işlərinin əngəllənməsi əvvəlki qədər araşdırma aparmağımızı çətinləşdirib. Bu vəziyyət mövcud komandamızın üzərinə daha çox yük qoyub. Qıy Vaar!-da oxuduğunuz gündəlik sosial, siyasi və mədəniyyət xəbərlərinin böyük hissəsi bu gün könüllü əməyin hesabına hazırlanır. Biz bu işi davam etdirmək istəyirik. Azərbaycandan müstəqil LGBTQ+ səslərini yüksəltməyə, yeni araşdırmalar hazırlamağa, daha güclü vizual və multimedia məzmunları yaratmağa davam etmək istəyirik. Bunun üçün isə oxucularımızın dəstəyinə ehtiyacımız var.


İanəniz Qıy Vaar!-ın gündəlik fəaliyyətini, araşdırmalarını və məzmun istehsalını davam etdirməsinə kömək edəcək. Eyni zamanda bizimlə əlaqə saxlayan və müxtəlif formalarda dəstəyə ehtiyac duyan LGBTQ+ şəxslər üçün resurslar tapmaq imkanlarımızı gücləndirəcək. Əgər imkanınız varsa, bizi birdəfəlik ianə ilə dəstəkləyin. Maddi vəziyyəti əl verməyən hamıya səmimi təşəkkür edirik. Kampaniyanı dostlarınızla paylaşaraq hədəfimizə çatmağa kömək edə bilərsiniz.

Bu illər ərzində yazılarımızı oxuyan, paylaşan, töhfə verən və bizə güvənən hər kəsə yoldaşlığınız üçün təşəkkür edirik.
Donate

  • Anonymous
    • €50
    • 2 mos
  • Laman Orujova
    • €25
    • 2 mos
  • Anonymous
    • €15
    • 2 mos
  • Anonymous
    • €10
    • 2 mos
  • Anonymous
    • €5
    • 2 mos

Organizer

Profile photo of Qıy Vaar
Qıy Vaar
Organizer
Paris

Your easy, powerful, and trusted home for help

  • Easy

    Donate quickly and easily

  • Powerful

    Send help right to the people and causes you care about

  • Trusted

    Your donation is protected by the GoFundMe Giving Guarantee