Main fundraiser photo

VƏTƏNƏNDAŞLARIMIZA EVLƏRİNƏ QAYITMAĞA DƏSTƏK OLAQ

Donation protected
Əziz dostlar, bu ianə kampaniyası mənə və peşakar həmkarlarıma (vəkillərə, hüquq müdafiəçilərinə, jurnalistlərə və həkimlərə) bir neçə aydır qanunsuz olaraq öz sərhədlərini bağlayan ölkəsinə koronavirus pandemiyası səbəbindən gələ bilməyən həmvətənlərimizə humanitar, hüquqi və məsləhət yardımı göstərməyə imkan verəcək. Bəzi miqrantlar Azərbaycana qayıtmalarını tələb etdikləri üçün həbs olunub, təcili olaraq vəkil tutaraq onların sərbəst buraxılması üçün şərait yaratmaq lazımdır. Daha ətraflı aşağıda Azərbaycan , Rus və İngilis dillərindəki olan mətnlərdə tanış ola bilərsiniz.

Дорогие друзья, Эта кампания по сбору пожертвований позволит мне и моим коллегам-профессионалам (адвокатам, правозащитникам, журналистам и врачам) оказать гуманитарную, правовую и консультационную  помощь нашим соотечественникам,  которые из-за коронавирусной пандемии уже несколько месяцев ни как не могут попасть к себе на родину - Азербайджан, правительство которого незаконно закрыло перед ними свои границы. Некоторые мигранты были арестованы за то, что требовали  обеспечить законное право  вернуться обратно в Азербайджан. Им срочно необходимо нанять адвокатов и создать условия для их освобождения. Ниже в текстах на русском и азербайджанском  и английском  языках  можно узнать подробно о нашей кампании.

This fundraising campaign will allow me and my colleagues (professional lawyers, human rights activists, journalists and doctors) to provide humanitarian, legal and consultancy assistance to our compatriots who, because of the COVID-19 pandemic, have been unable to return to their homeland as the Azerbaijan authorities have been refusing to let them cross the border for several months. Some of these migrants have been arrested for demanding the respect of their right to return to Azerbaijan. They urgently need assistance in order to hire lawyers and insure their release. In the text below you can find more details on the subject in Azerbaijani, Russian and English.

                                       ------------------------------------------------------

AZƏRBAYCANLI MİQRANTLARA VƏTƏNƏ QAYITMAĞA KÖMƏK EDİN

 Əziz həmvətənlər, qlobal koronavirus pandemiyası hər birimizi kədər gətirdi, dəhşətli bir xəstəlik yaxınlarımızı vaxtından əvvəl almağa başladı, iş yerlərini itirməyə başladıq və getdikcə dolanışıq üçün daha çox vəsait çatışmazlığı hiss etdik.

 Ən çətin vəziyyətə xaricdə yaşayan azərbaycanlı əmək miqrantları, eləcə də xarici təhsil müəssisələrində oxuyan tələbələrimiz düşdü. Bu gün onların çoxu vətənlərinə, Azərbaycana qayıtmaq istəyir. Ancaq soydaşlarımız kütləvi şəkildə qanunsuzluq və hüquq pozuntuları ilə üzləşiblər, bu baxımdan təcili yardıma ehtiyacları var. Azərbaycanın dövlət instansiyaları xaricdəki vətəndaşlarımızı taleyin ümidinə buraxıb. Ancaq birlikdə soydaşlarımıza kömək edə bilərik. Bu, hər birimiz üçün vətəndaşlıq borcudur, çünki son illər əmək miqrantları vətənlərinin rifahının yaxşılaşdırılmasına öz töhfələrini verib.

 
Koronavirus pandemiyası onsuzda çətinliklərlə dolu olan həyatımızı tamamilə dəyişdirdi. Azərbaycanda, öz evlərində yaşayanlar üçün bir neçə aydır davam edən sərt karantin şəraitinin yaratdığı yeni reallıqları mənimsəmək çətindir, çünki bütün bunlarla yanaşı məmur özbaşınalığı və insan haqlarının pozulması da davam edir. Səmərəsiz dövlət idarəçiliyi, onsuz da yararsız olan səhiyyə sisteminin dağılması əhalinin yaşayış şəraitini bir qədər də çətinləşdirdi, dövlətdən kömək gözləmək çətindir və yalnız özünə və yaxınlarına arxayın ola bilərsən.

Ancaq ən çətin və dözülməz vəziyyətlə son 20 ilin ən ağır iqtisadi böhranı ilə üz-üzə qalan qonşu Rusiyada işlərini itirən azərbaycanlı miqrantlar üzləşdi. Rusiyada yaşayış üçün heç bir vəsaiti olmayan minlərlə soydaşımız Azərbaycana qayıtmaq qərarına gəlib.

Azərbaycan və Rusiya dünyanın bir çox ölkələri kimi bu ilin mart ayında koronavirus xəstəliyinin yayılmasını minimuma endirmək üçün beynəlxalq hava və dəmir yolu xidmətlərinin bağlandığını elan edib. Rusiyanın bütün ərazilərindən minlərlə Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan sərhəddinə gəlib və paradoksal qanunsuzluqlarla üzləşərək öz ölkəsinə buraxılmayıb. Azərbaycan hakimiyyəti Azərbaycan Konstitusiyasını və Avropa İnsan Hüquqları Konvensiyasını pozaraq çoxsaylı qanunsuz bürokratik əngəllərlə öz vətəndaşlarını ölkəyə buraxmır.

Azərbaycan hakimiyyətinin düşünülməmiş və qanunsuz hərəkətləri bir neçə min azərbaycanlı miqrantın Azərbaycan-Rusiya sərhəddində toplaşmasına səbəb olub. Artıq bir neçə aydır ki, 400-ə yaxın insan açıq havada yaşamaq məcburiyyətində qalır və 600-ə yaxın insan dözülməz şəraitin hökm sürdüyü düşərgələrə sığınıb.

Minlərlə soydaşımız Dərbənd, Mahaçqala və Dağıstanın digər yaşayış məntəqələrinin mehriban və qonaqpərvər yerli sakinlərinin evlərində sığınıb. Vətəndaşlarımızın təminatı üçün maddi dəstək həm yerli hakimiyyət orqanları, həm də Azərbaycanın şimal bölgələrindən və Rusiyanın cənub bölgələrindən olan məşhur iş adamları tərəfindən göstərilir. Azərbaycan-Rusiya sərhədindəki keçid məntəqələrinə gələn azərbaycanlı miqrantların sayının gündən-günə artması ilə vətəninə qayıtmaq istəyən, lakin bunu edə bilməyənlərin narazılığı da artırdı.

 İyunun 15-də 500-ə yaxın Azərbaycan vətəndaşı bir neçə aydır vətənlərinə qayıtmalarına icazə verilməməsindən və müvəqqəti çadır düşərgəsində çətin antisanitar şəraitdə saxlanılmasından narazı qalaraq “Kavkaz” federal magistral yolunu bağlayaraq dinc etiraz aksiyasına başladı. 

Rusiya hüquq-mühafizə orqanları aksiya iştirakçılarına, qadınlara, uşaqlara və yaşlılara qarşı qeyri-adekvat fiziki zorakılıq tətbiq etməklə aksiyanın qarşısını aldılar. Rusiya, Azərbaycan və beynəlxalq mətbuatda yayımlanan çoxsaylı videoçarxlarda hətta avtomat silahdan açılan atəş səsləri də eşidilirdi.

Videokadrlarda huşsuz vəziyyətdə olan bəzi Azərbaycan vətəndaşlarının az qala öz qanlarında boğulduğu aydın görünür. Sosial şəbəkələrdə döyülərək öldürülən, cəsədləri ertəsi gün təcili yardım maşınları ilə Azərbaycana gətirilən bir neçə etirazçı haqqında da məlumatlar yer aldı, lakin bu günə qədər qurbanların adlarını müəyyən etmək mümkün olmayıb, Rusiya və Azərbaycanın dövlət strukturları bu barədə susur.

Ümumilikdə, etiraz aksiyasının dağıdılması nəticəsində 200-ə yaxın Azərbaycan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Döyülən 80-ə yaxın vətəndaş bir neçə saat üzü üstə yerdə uzadılıb, sonra müxtəlif polis təcridxanalarına göndərilərək 15 günlük inzibati həbs cəzası alıblar.

Rusiya Federasiyası İstintaq Komitəsi bəyan edib ki, Dağıstan Respublikasının Dərbənd rayonunun Kullar kəndi ərazisindəki iğtişaşlarla nəticələnən etiraz aksiyası zamanı hakimiyyət nümayəndələri olaraq 9 polis yaralanıb, 5 nəqliyyat vasitəsinə təxminən 400 min rubl ziyan dəyib.

Mitinq zamanı saxlanılan 10 Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin ikinci hissəsi (Rəsmi vəzifələsinin icrası ilə əlaqədar hökumət nümayəndəsinə və ya onun qohumlarına qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılığın tətbiqi), habelə 167-ci maddəsinin birinci hissəsi ilə (Başqasının əmlakını qəsdən məhv etmək və ya zərər vurmaq, əgər bu əməllər ciddi ziyana səbəb olarsa) cinayət işi açılıb.

 Azərbaycanlı gənclər - Ağayev Nahid Rəhman oğlu (1980), Əhmədov Elbrus İdris oğlu (1983), Hüseynov Rövşən Arif oğlu (1988), Qiyasov Tural Nazim oğlu (1996), Namazov Ceyhun Arzu oğlu (1999), İmaməliyev Emin Sahib oğlu (1999), Musayev Elmar Məhəmməd oğlu (1990), Mehdiyev Elmar Heydər oğlu (1990), Muradov Ənvar Burjula oğlu (1990), Fərəkzadə Əziz Əfqan oğlu (1994) artıq iki ay müddətinə həbs ediliblər, istintaq onların günahlarını sübut etsə, hər birini 10 ilə qədər həbs cəzası gözləyir.

Həm cinayət, həm də inzibati qaydada ittiham olunan bütün Azərbaycan vətəndaşları səmərəli hüquqi müdafiədən məhrum edilib.

Yaranmış vəziyyətin girovuna çevrilmiş minlərlə Azərbaycan vətəndaşı evə qayıtmaq üçün köməyə ehtiyac duyur, bir çoxu hətta təxliyə üçün təyyarə və avtomobillərin göndərilməyini xahiş etməyiblər, öz hesablarına sərhədə qədər gələrək aylarla vətənlərinə dönmək üçün icazə gözləyir.

Azərbaycan hakimiyyətinin hərəkətləri bütün hüquqi və mənəvi normalara ziddir. Üstəlik, bu, miqrant soydaşlarımızın şərəf və ləyaqətini alçaldan şəraitdə yaşamağa məcbur olduqları getto- məntəqələrinin yaranmasına səbəb olub. Qadınlar xüsusilə çətin vəziyyətdədirlər. Düşərgələrdə yaşayan miqrantlar arasında bağırsaq və yoluxucu dəri xəstəliklərinin sayı günü gündən artır, həmçinin koronovirus xəstəliyinin yayılması riski də böyükdür.

Hazırda Rusiyada rəsmi qeydiyyatdan keçən 700 minə yaxın azərbaycanlı əmək miqrantı var, ən azı bir o qədəri də mövsümi işçi kimi qeydiyyatsız yaşayır. Son 20 ildə Rusiyadakı azərbaycanlı əmək miqrantları ölkələrinin və xalqının rifahının yaxşılaşdırılmasına böyük töhfə verərək vətənlərində yaşayan ailələrinə təxminən 50 milyard dollar köçürüb.

Bu gün vətəninin çiçəklənməsinə töhfə verən zəhmətkeş və çalışqan insanlar yalnız ailələrinin yanına, evlərinə qayıtmağı istəyir. Nə yerli, nə də beynəlxalq hüquqi standartlar vətəndaşların ölkələrinə qayıtmalarını qadağan etmir. Azərbaycan vətəndaşının pasportu onlara maneəsiz evə qayıtmaq üçün mütləq hüquq verir, üstəlik bu şəxslər sərhədə çataraq evlərinə buraxılmağı gözləyir.

Rusiya sərhədçilərinin də Azərbaycan vətəndaşlarını onların iradəsinə zidd olaraq saxlamaq hüququna malik deyil, ən azı onların Rusiya ərazisindən Azərbaycanla sərhəd neytral əraziyə keçməsinə mane olmamalıdırlar.

Azərbaycanın rəsmi orqanlarının xahişi ilə Azərbaycan vətəndaşlarının ölkəyə keçməsini əngəlləməklə Rusiya rəsmi strukturları müdafiəsiz mülki şəxslərə qarşı qanunsuz hərəkətlərə şərik olurlar.

Yaranmış vəziyyətdə birlikdə insanların əziyyətlərini yüngülləşdirə və mümkün qədər tez evlərinə qayıtmalarına kömək edə bilərik.

Son iki həftə ərzində Azərbaycanın vətəndaş cəmiyyətindəki həmkarlarımla birlikdə problemin həlli yolları ilə bağlı mövcud vəziyyəti araşdırdım. Müstəqil media, vətəndaş cəmiyyəti və demokratik institutların nümayəndələrinin iştirakı ilə iki dəyirmi masa keçirdik.

Uzun fikir mübadiləsi və vəziyyətin araşdırılmasından sonra müəyyən etdik ki, pul toplama kampaniyasına başlanmalı və ilk növbə həbs olunanlar effektiv hüquqi yardımla təmin edilməlidir.

Ən qısa müddətdə hüquqi, tibbi və digər zəruri məsləhətləşmələrin aparılması üçün qaynar xəttin fəaliyyətini təmin etmək lazımdır.

Vətənə qayıtmaq istəyən miqrantlara qarşı edilən bütün qanunsuz hərəkətləri qeyd edib etiraz edə biləcək növbətçi vəkillərin olmasını təmin etmək lazımdır.

Rusiya və Azərbaycan hakimiyyətləri tərəfindən həll edilməli olan problemləri vaxtında aşkar etmək üçün yerlərdə qərəzsiz və obyektiv monitorinq təmin etmək lazımdır.

Beynəlxalq Miqrasiya Təşkilatına, Beynəlxalq Əmək Təşkilatına və digər müvafiq beynəlxalq təşkilatlara,  Azərbaycanın və Rusiyanın dövlət qurumlarına təqdim ediləcək hərtərəfli hesabat və təcili tövsiyələr paketini hazırlamaq üçün Azərbaycan və Rusiyadan olan vətəndaş cəmiyyətinin müstəqil nümayəndələri tərəfindən hərtərəfli obyektiv araşdırma aparılmalıdır. Rusiya və Azərbaycan hakimiyyəti sərhədlərin hər iki tərəfindəki mövcud çətin humanitar vəziyyəti obyektiv və qərəzsiz şəkildə işıqlandırmaq üçün jurnalistlərin maneəsiz işini təmin etməlidir.

Əgər tövsiyələrdən sonra dövlət strukturları vətənə qayıdacaq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını kütləvi şəkildə pozmağı dayandırmasalar, Azərbaycan və Rusiyanın üzv olduğu Avropa Şurası ölkələri üçün son məhkəmə instansiyası olan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək hər iki ölkənin hakimiyyətlərinin əməllərinə qiymət verməyi tələb edəcək beynəlxalq hüquqşunaslar komandası yaradacağıq.

Mən və bir çox həmkarlarım problemlərin həllində Avropa Şurası, ATƏT və BMT-nin müvafiq səlahiyyətli nümayəndələrini cəlb etməklə insan hüquqlarının qorunmasında uzun illərin təcrübəsinə sahibik.

Son iki həftə ərzində həmkarlarım və mən həmvətənlərimizin problemlərini həll etmələri üçün əlimizdən gələni edirik, lakin əlavə maliyyə və insan resursları olmadan qısa müddətdə təsirli nəticələr əldə edə bilmərik.

Biz, ölkədə və xaricdə yaşayan Azərbaycan vətəndaşları birgə səylərimizlə Azərbaycan və Rusiya hakimiyyətinin özbaşınalığının girovuna çevrilmiş soydaşlarımızın ölkəyə sərbəst qayıtmaq hüququnu bərpa etməyə kömək edə bilərik.

Bu gün öz ölkəsində və xaricdə yaşayan bütün Azərbaycan vətəndaşları üçün çox çətindir.

Hər birimiz öz imkanlarımız daxilində könüllü maliyyə yardımı edə və bu müraciəti sosial şəbəkələrdəki hesablarımızda paylaşa bilərik, bununla Azərbaycan vətəndaşlarının maneəsiz evlərinə qayıtmaq hüquqlarını bərpa etməyə və qanuni tələbləri üçün azadlıqlarını itirə bilən insanları qorumağa kömək edərik.

Koronavirus təhlükəsi ən azı təsirli bir peyvəndin yaradılması və kütləvi istifadəsinə qədər növbəti 12 ayda keçib getməyəcək.

Miqrantlar cəmiyyətin ən həssas üzvləri olaraq qalacaqlar.

Həm həmvətənlərimiz, həm də onların qaldığı ölkələrin vətəndaşları ümumi rifahımız naminə yaranan vəziyyətin həllində həmrəylik göstərməli və ilk dəfədir düşdüyümüz vəziyyətin həlli üçün təsirli antiböhran tədbirlər görməliyik.



                                      ------------------------------------------------------


ПОМОГИТЕ  АЗЕРБАЙДЖАНСКИМ МИГРАНТАМ ВЕРНУТЬСЯ НА РОДИНУ

Дорогие соотечественники, коронавирусная пандемия принесла каждому из нас много горя, страшная болезнь стала преждевременно забирать наших близких, мы стали терять рабочие места и все чаще испытывать нехватку средства на существование.

В наиболее тяжелой ситуации оказались азербайджанские трудовые мигранты, проживающие за  рубежом, а также наши студенты, обучающиеся в иностранных учебных заведениях. Сегодня многие из них хотят вернуться на родину, в Азербайджан. Однако наши соотечественники массово столкнулись с беззаконием и нарушением прав, и в связи с этим нуждаются в срочной помощи. Государственные инстанции Азербайджана оставили своих граждан за рубежом на произвол судьбы. Однако вместе и сообща мы можем помочь нашим соотечественникам. Это гражданский долг каждого из нас, поскольку именно трудовые мигранты на протяжении последних  лет вносили свой вклад в улучшение благосостояния своей родины.

Коронавирусная пандемия полностью изменила нашу жизнь, в которой без того было немало трудностей. Даже тем из нас, кто проживает в Азербайджане, в собственных домах, стало трудно привыкать  к новым реалиям, вызванными жесткими карантинными условиями, которые продолжаются уже несколько месяцев и сопряжены с произволом государственных чиновников и нарушением прав человека.

Неэффективное госуправление, а также коллапс и без того никчемной системы здравоохранения в Азербайджане поставили все население страны в непростые условия выживания, где трудно дождаться помощи от государства и приходится полагаться на себя и своих близких.

Однако в наиболее тяжёлой и невыносимой  ситуации  оказались тысячи трудовых мигрантов из Азербайджана, которые потеряли свои рабочие места в соседней России, экономика которой также столкнулась с самым сильным экономическим кризисом за последние 20 лет. Не имея элементарных средств для дальнейшего проживание в России тысячи наших соотечественников были вынуждены принять решение вернуться в Азербайджан, где они с наименьшими затратами и рисками могут переждать завершения глобальной пандемии.

Азербайджан и Россия, также как и многие страны мира, с целью минимизации распространения коронавирусной болезни в разгар пандемии в марте текущего года объявили о закрытии международного авиа и железнодорожного сообщения. Тысячи  обездоленных граждан Азербайджана со всех концов необъятной территории России своим ходом добрались до  сухопутной границы России и Азербайджана, где в массовом порядке столкнулись с парадоксальным беззаконием в виде отказа вернуться  на родину, гражданами которого они являются. Азербайджанские власти в нарушение Конституции Азербайджана и Европейской Конвенции по Правам Человека отказываются пропускать собственных граждан к себе на родину, чиня им многочисленные незаконные бюрократические преграды.

Необдуманные и противозаконные действия властей Азербайджана привели к скоплению нескольких  тысяч азербайджанских мигрантов  на азербайджано-российской границе. Уже несколько месяцев  около 400 человек вынужденно живут под открытым небом, а около 600 человек ютятся в палаточных лагерях, где также царят антисанитарные невыносимые условия.

Тысячи наших соотечественников приютили у себя в домах добродушные и гостеприимные местные жители Дербента, Махачкалы и ближайших населенных пунктов Дагестана. Материальная поддержка нашим гражданам также оказывалась как местными властями, так и известными бизнесменами из Москвы, среди которых были известные выходцы из северных регионов Азербайджана и южных регионов России. Из-за ежедневного увеличения числа прибывающих азербайджанских мигрантов к сухопутным контрольно-пропускным пунктам на азербайджано-российской границе росло недовольство желающих, но не имеющих возможности попасть к себе на родину наших сограждан. 15 июня около 500 отчаявшихся граждан Азербайджана, недовольных тем, что их уже несколько месяцев не пускают на родину и держат в тяжелых антисанитарных условиях во временном палаточном лагере, перекрыв федеральную автотрассу «Кавказ» начали мирную акцию протеста.  Правоохранительные органы России жестоко пресекли стихийную акцию протеста, применив неадекватное физическое насилие против протестующих, под полицейскими дубинками оказались женщины, дети и старики. На многочисленных видеосюжетах, облетевших российские, азербайджанские и международные СМИ, слышны даже выстрелы из автоматического огнестрельного оружия. Имеются видеокадры, где отчётливо видно, что некоторые  граждане Азербайджана в бессознательном состоянии чуть ли не захлёбываются в собственной крови. В социальных сетях также проходила информация о забитых до смерти нескольких участников акции протеста, тела которых на каретах скорой помощи переправили на следующий день в Азербайджан, однако на сегодняшний день пока что не удалось установить имена возможных жертв, государственные структуры России и Азербайджана также отмалчиваются по данному вопросу.

Всего в результате разгона акции протеста, травмы различной степени тяжести получили около 200 граждан Азербайджана. Около 80 избитых граждан были уложены рядом друг с другом лицом к земле, где они пролежали несколько часов, после чего их распределили по разным полицейским изоляторам, приговорив к 15-дневным административным арестам.

Следственный Комитет Российской Федерации заявил, что в результате учиненной акции протеста, которая вылилась в массовые беспорядки на территории села Куллар Дербентском района Республики Дагестан, в качестве представителей власти пострадали девять полицейских и технические повреждения получили пять служебных машин, ущерб от которых оценили примерно в 400 000 рублей. Было возбуждено уголовное дело против  задержанных во время акции 10 граждан Азербайджана. Им предъявлены обвинения по второй части статьи 318  Уголовного Кодекса Российской Федерации (Применение насилия, опасного для жизни или здоровья, в отношении представителя власти или его близких в связи с исполнением им своих должностных обязанностей), а также первой части статьи 167  УК РФ (Умышленные уничтожение или повреждение чужого имущества, если эти деяния повлекли причинение значительного ущерба).  Молодых азербайджанских парней - Агаева Нахида Рахман оглы (1980 г/р), Ахмедова Эльбруса Идрис оглы (1983 г/р), Гусейнова Ровшана Ариф оглы (1988 г/р), Гиясова Турала Назим оглы (1996 г/р), Намазова Джейхуна Арзу оглы (1999 г/р), Имамалиева Эмина Сахиб оглы (1999 г/р), Мусаева Эльмара Магомед оглы (1990 г/р), Мехтиева Эльмара Гейдар оглы (1990 г/р), Мурадова Анвара Буржула оглы (1990 г/р), Ферекзада Азиза Афган оглы (1994 г/р) уже арестовали на два месяца, если  следствие докажет их вину каждого из них ожидает до 10 лет лишения свободы.

Все задержанные граждане Азербайджана, как по уголовным, так и административным обвинениям были лишены эффективной юридической защиты.  

Тысячи граждан Азербайджана, оказавшиеся заложниками обстоятельств,  нуждаются помощи для возвращения домой, многие из них изначально не просили даже прислать за ними транспорт для эвакуации, они сам за свой счет прибыли к сухопутным границам и безнадёжно месяцами ждут, когда же их пропустят к себе на родину.

Действия властей Азербайджана противоречат всем мыслимым правовым и моральным нормам. Мало того они привели к созданию гетто-поселений, где наши соотечественники-мигранты были вынуждены жить в  антисанитарных, унижающих честь и достоинство условиях. В особенно тяжелом положении находятся женщины. Среди мигрантов, проживающих в палаточных лагерях, с каждым днем растет число заболевших кишечными и кожными инфекционными заболеваниями, также увеличивается риск распространения короновирусного заболевания.

 В настоящее время в России официально проживают около 700 тысяч  официально зарегистрированных трудовых мигрантов из Азербайджана, как минимум столько же еще проживают в качастве  сезонных работников. На протяжении  последних  20 лет азербайджанские трудовые мигранты в  России перевели на родину своим семьям в совокупности около 50 миллиардов долларов, внеся огромный вклад в улучшение благосостояния своей страны и народа.

Сегодня трудолюбивые и усердные люди, внесшие свой вклад в процветание своей родины, хотят лишь одного - вернуться в свои дома к своим семьям. Ни местные, ни международные правовые нормы не запрещают  гражданам возвращаться в свои страны. Наличие паспорта гражданина Азербайджана дает ему абсолютное  право беспрепятственного возвращения на родину, тем более, если человек сам добрался до границы и ждет элементарного пропуска  к себе домой. Российские пограничники также не имеют законного права  удерживать граждан Азербайджана против их воли и как минимум должны не препятствовать их выходу с территории России на нейтральную приграничную с Азербайджаном территорию. Блокируя проход граждан Азербайджана по просьбе официальных властей Азербайджана, российские официальные структуры превращаются в соучастников незаконных действий против беззащитных мирных граждан.

В сложившейся ситуации мы совместными усилиями можем облегчить страдания людей и помочь им как можно быстрее вернуться в свои дома.

На протяжении последних двух недель я вместе со своими коллегами из гражданского общества Азербайджана изучал сложившуюся ситуацию в поисках путей решения проблемы. Мы провели два круглых стола, на которых учувствовали представители независимых СМИ, гражданского обществ и демократических  институтов.

После продолжительного обмена мнениями и изучения ситуации мы выявили, что необходимо срочно начать  кампанию по сбору средств  и обеспечить в первую очередь всех арестованных эффективной юридической защитой. Необходимо также в кратчайшие сроки обеспечить работу горячей телефонной линии, посредством которых могли бы оказываться юридические, медицинские и прочие необходимые  консультации.  Существует также необходимость обеспечить постоянное присутствие дежурных юристов,  которые могли бы фиксировать и опротестовывать все незаконные действия по отношению к мигрантам, желающим вернуться к себе на родину. Необходимо обеспечить беспристрастный и объективный мониторинг на местах, чтобы своевременно выявлять проблемы, устранение которых надо будет требовать от властей России и Азербайджана. Следует также провести тщательное объективное расследование  со стороны независимых представителей гражданского общества и Азербайджана и России, с целью  подготовить всеобъемлющий отчет  и пакет срочных рекомендаций, который будет представлен в Международную Организацию по Миграции, Международную Организацию Труда, и другие профильные международные организации и госструкуры Азербайджана и России. Власти России и Азербайджана должны обеспечить беспрепятственную работу  журналистов с целью объективного и беспристрастного освещения сложившейся тяжелой гуманитарной ситуации по обе стороны границ.

В случае если после полученных рекомендаций гоструктуры не престанут массово нарушать права и свободы граждан Азербайджана на возвращение  на родину, мы сформируем международную  команду юристов, которые оспорят действия властей Азербайджана и России в Европейском Суде по Правам Человека, который является конечной судебной инстанцией для всех стран Совета Европы, членами которой также являются Азербайджан и Россия.

Я и многие мои коллеги имеем большой многолетний опыт работы по защите прав человека, с привлечением к решению проблем соответствующих уполномоченных представителей Совета Европы ОБСЕ и ООН. На протяжении последних двух недель я и мои коллеги безвозмездно делаем все, что в наших силах, чтобы помочь нашим согражданам  в разрешении их проблем, однако без дополнительных финансовых и людских  ресурсов мы не можем добиться эффективных результатов в наиболее кратчайшие сроки. Мы  граждане Азербайджана, проживающие в стране и за ее пределами, можем помочь общими  усилиями  восстановить право свободного возвращения в страну сограждан, которые превратились  в бесправных заложников произвола азербайджанских и российских властей.

Сегодня тяжело всем гражданам Азербайджана, как на родине, так и за ее пределами. Каждый из нас может в рамках своих возможностей внести добровольное финансовое пожертвование и поделиться репостом данного призыва через свои профили в социальных сетях, что поможет  всем нам восстановить права граждан Азербайджана на беспрепятственное возвращение на родину и защитить тех, кто может лишиться своей свободы за требования своих законных прав.

 Угроза коронавируса не пройдет в ближайшие 12 месяцев, по крайней мере, до создания и массового применении эффективной вакцины.

Мигранты будут оставаться самыми  уязвимыми  представителями общества. От всех нас,  ради нашего общего благополучия и процветания потребуется проявление солидарности, и применение эффективных антикризисных мер, в разрешении ситуации, в которой мы все оказались впервые.


                                        ------------------------------------------------------


HELP AZERBAİJANİ MIGRANTS RETURN HOME DURING COVID19 PANDEMIC

Dear compatriots, the global covid-19 pandemic has brought a lot of grief to each of us. This terrible disease began taking away our loved ones prematurely, we started losing jobs and increasingly lacking resources for our livelihood.

Among the most affected by this situation are the Azerbaijani migrant workers living abroad, as well as students enrolled in foreign educational institutions. Today, many of them want to return to their homeland; instead they were met with lawlessness and rights violations at the border. This is why they need urgent help. The state authorities of Azerbaijan left its citizens living abroad to their fate. Nevertheless, together we can help our compatriots. This is our civic duty, especially since it is migrant workers, who, over the years have contributed to improving the well-being of Azerbaijan.

The new coronavirus pandemic completely changed our life, in which we were already met with many difficulties. Even for those of us who live in Azerbaijan, in our own homes, it has been difficult to get used to the new reality caused by the harsh quarantine conditions that have been imposed for several months and are fraught with arbitrariness and human rights violation.

In Azerbaijan, ineffective governance, as well as the collapse of the already weak healthcare system, has put the entire population in difficult survival conditions. Given that it is often fruitless to wait for help from the state many have to rely only on themselves and their loved ones.

However, it’s the migrant workers who are now in an unbearable situation. In Russia, where the economy is in the most severe crisis of the last 20 years, thousands of workers lost their jobs. Having no basic means for further residence in Russia, thousands of our compatriots were forced to return to Azerbaijan, where they hoped to wait out the end of the global pandemic at a lower cost and risk.

Azerbaijan and Russia, like many other countries, decided to stop, in March of this year, the international air and rail travel in order to minimize the spread of the covid-19 virus. Thousands of destitute Azerbaijani citizens from all over the vast territory of Russia traveled by any means available to them to the land border between the two countries, where in droves they faced paradoxical lawlessness: most notably the interdiction to enter their homeland. In violation of the Constitution of Azerbaijan and the European Convention on Human Rights, the Azerbaijani authorities denied entry in Azerbaijan to their own citizens, making them go through numerous illegal obstacles and red tape.

The rash and illegal actions of the Azerbaijani authorities led to the accumulation of thousands of Azerbaijani migrants on the Azerbaijani-Russian border. For several months now, about 400 people have been forced to live under the open sky, and about 600 people are huddled in tented camps, where unbearable and unsanitary conditions reign.

The hospitable and good-natured local residents of Derbent, Makhachkala and other Dagestan settlements closest to the border are now sheltering thousands of our compatriots in their homes. The financial support for our citizens was also provided by local authorities and well-known businessmen from Moscow, among who were immigrants from the northern regions of Azerbaijan and the southern regions of Russia. Due to the daily increase in the number of Azerbaijani migrants arriving at the land checkpoints on the Azerbaijani-Russian border, discontent among those who wanted to cross the border but were unable to, grew. On June 15, about 500 desperate Azerbaijani citizens, dissatisfied with the way their situation was handled, and namely the fact that they had not been allowed to return to their homeland for several months and kept in difficult unsanitary conditions, have started a peaceful protest by blocking the Caucasus federal highway. Russian law enforcement brutally suppressed the spontaneous protest by using excessive force against protesters; women, children and the elderly were also hit and even beaten with police batons. On many video footage circling the Russian, Azerbaijani and international media, shots from automatic firearms can be heard. There is also footage where unconscious Azerbaijani citizens are almost choking on their own blood. Information is also circulating on social media alleging that several protesters have been beaten to death. Their bodies were transported on ambulances to Azerbaijan the next day, but so far the identities of the alleged victims have not been established or made public. Russian and Azerbaijani authorities are silent on this issue.

Following the suppression of the protest rally, a total of about 200 Azerbaijani citizens have counted injuries of varying degrees of severity. About 80 beaten citizens were laid next to each other, face down and left for several hours, after which they were brought to various police stations and sentenced to 15 days administrative arrests.

The Investigative Committee of the Russian Federation stated that as a result of the protest, which resulted in riots on the territory of the village of Kullar, Derbent district of the Republic of Dagestan, nine policemen on duty were injured and five official vehicles were damaged at the estimated cost of 400,000 rubles. A criminal case was opened against 10 Azerbaijani citizens detained during the protest. They were charged under the second part of Article 318 of the Criminal Code of the Russian Federation (The use of violence endangering the lives or health of a representative of the authority, or his relatives, in connection with the discharge by his official duties), as well as the first part of Article 167 of the Criminal Code of the Russian Federation (Willful destruction or damage of other people's property, if these acts involved the infliction of considerable damage). The following young Azerbaijani citizens have already been arrested  and put in detention for a period of two months: Agayev Nahid Rahman oglu (born 1980), Akhmedov Elbrus Idris oglu (born 1983), Huseynov Rovshan Arif oglu (born 1988), Giyasov Tural Nazim oglu (born 1996), Namazov Jeykhun Arzu oglu (born 1999), Imamaliev Emin Sahib oglu (born 1999), Musaev Elmar Magomed oglu (born 1990), Mehdiyev Elmar Heydar oglu (born 1990), Muradov Anvar Burzhul oglu (born 1990), Ferekzade Aziz Afgan oglu (born 1994). If they are found guilty, they risk up to 10 years imprisonment, each.

All detained Azerbaijani citizens, both on criminal and administrative charges, were deprived of effective legal protection.

Thousands of Azerbaijani citizens held hostage by circumstances need help to return home. Many of them initially did not even ask for means of transportation  to evacuate them, they came to the land borders at their own expense and have now been hopelessly waiting for months to be allowed to cross into their homeland.

The actions of the Azerbaijani authorities violate all conceivable legal and moral standards. Moreover, they led to the creation of ghetto-like settlements, where our compatriots are forced to live in unsanitary conditions, degrading to their honor and dignity. Women are particularly affected. Among the migrants living in the tented camps, the number of people with intestinal and skin infection diseases increases every day; and that is aside from the ever-present and increasing risk of the spread of covid-19.

Currently, about 700.000 officially registered migrant workers from Azerbaijan live in Russia and at least as many leave there as seasonal workers. Over the past 20 years, Azerbaijani workers in Russia have transferred a total of about 50 billion US dollars to their families at home, making a huge contribution to improving the welfare of their country.

Today, hardworking people who have contributed to the prosperity of their homeland want only one thing: to return to their families and to their homes. Neither the local nor the international law prohibits citizens from returning to their countries. Having an Azerbaijani passport gives its owner the absolute right to return home without hindrance, especially if that person has reached the border himself and is waiting to be allowed entry in Azerbaijan. Russian border guards also do not have the legal right to detain Azerbaijani citizens against their will and, at least, should not stop them from exiting Russian territory to access the neutral territory between the borders with Azerbaijan. By blocking the passage of Azerbaijani citizens at the request of the Azerbaijani authorities, Russian authorities are becoming accomplices in the illegal actions of Azerbaijan against defenseless civilians.

Right now, we together, can alleviate the suffering of these people and help them return to their homes as quickly as possible.

Over the past two weeks, I, along with my colleagues from the civil society of Azerbaijan, have studied the current situation in search of solutions to the problem. We held two round tables at which participated representatives of independent media, civil society and democratic institutions.

After carefully studying the situation, we deduced that a fundraising campaign should be started in urgency in order to provide effective legal protection to the arrested Azerbaijani citizens. It is also necessary to ensure as soon as possible the operation of a hotline, through which legal, medical and other necessary consultations could be provided. We also need to ensure a constant presence of legal counsel, who could record and try to prevent all illegal actions against migrants who wish to return to their homeland.  

It is necessary to ensure impartial and objective monitoring on the ground in order to timely identify problems, the solutions to which will need to be implemented by the Russian and Azerbaijani authorities. It is also necessary to conduct a thorough objective investigation by independent representatives of the Azerbaijani and Russian civil society in order to urgently prepare a comprehensive report and recommendations that will be submitted to the International Organization for Migration, the International Labor Organization, and other relevant international organizations and Azerbaijani and Russian state institutions. The Russian and Azerbaijani authorities must ensure the unhindered work of journalists in order to objectively and impartially record the current difficult humanitarian situation on both sides of the border.

In case the two states do not stop violating the right and freedom of Azerbaijani citizens allowing them to return to their homeland, after receiving the report and recommendations, we will assemble an international team of lawyers to challenge the actions of the Azerbaijani and Russian authorities in the European Court of Human Rights, which is the highest court for all countries, members of the Council of Europe, including Azerbaijan and Russia.

I and many of my colleagues have a vast experience in the domain of the protection of human rights, also involving relevant and competent representatives of the Council of Europe, the OSCE and the UN in solving these types of problems. Over the past two weeks, my colleagues and I have been doing everything in our power to help our fellow citizens solve their problems, but without additional financial and human resources we cannot achieve effective results in time. Through common effort, we, the citizens of Azerbaijan, living inside the country and beyond its borders, can help, restore the right of our fellow citizens, turned powerless hostages by the arbitrariness of the Azerbaijani and Russian authorities, to freely return home.

Today, we are all living through difficult times. Nonetheless, each of us can, within our capabilities, make a voluntary financial donation and share this appeal on our social media pages. Even the smallest action from each of us will help restore the right of the Azerbaijani citizens to return home without hindrance and also protect those who are in danger of losing their freedom for demanding respect of their legitimate right.

The threat of the new coronavirus will unlikely disappear in the next 12 months, or at least until an effective vaccine is created and massively distributed around the globe.

Migrants will remain one of the most vulnerable groups of society. For the sake of our common well-being and prosperity, all of us should show solidarity and apply effective anti-crisis measures in order to solve this situation in which we found ourselves for the first time.



                                          ------------------------------------------------------

Organiser

Emin Huseynov
Organiser
Geneva

Your easy, powerful and trusted home for help

  • Easy

    Donate quickly and easily

  • Powerful

    Send help directly to the people and causes you care about

  • Trusted

    Your donation is protected by the GoFundMe Giving Guarantee