
Ceyhunun Nəşi Azərbaycana Göndərilsin – Yardım Edək
Donation protected
Mərhum dostumuz Ceyhunun nəşinin Azərbaycana göndərilməsi üçün yardım kampaniyası
Əziz dostlar,
Dərin hüzn içində sizə bildiririk ki, sevimli dostumuz Ceyhun vaxtsız vəfat edib. Onun itkisi bizi dərindən sarsıdıb. Ceyhun hər zaman mehribanlığı, sədaqəti və mərhəməti ilə yadda qalan bir insan idi. Onun ailəsi və yaxınları bu ağır itki ilə üzləşərkən, biz birlikdə onların yanında olmalıyıq.
Ailesinin arzusuna uyğun olaraq, nəşinin doğma vətəni Azərbaycana göndərilməsi planlaşdırılır. Lakin nəşin repatriasiyası (ölkəyə qaytarılması), sənədləşmə və dəfn xərcləri yüksək məbləğ tələb edir. Bu səbəbdən biz bir yardım kampaniyası başladırıq ki, Ceyhunun ailəsinə bu çətin zamanda maddi və mənəvi dəstək olaq.
Sizdən xahiş edirik ki, imkanınız daxilində bu kampaniyaya dəstək olasınız. Hər bir ianə, istər böyük, istər kiçik – böyük önəm daşıyır.
Ceyhunun xatirəsini yaşatmaq üçün bir olaq.
Əlavə məlumat üçün
Natiq Cəlilov
Əvvəlcədən göstərdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirik.
Allah rəhmət eləsin.
Ruhun şad olsun, Ceyhun.
Organizer and beneficiary
Natig Jalilov
Organizer
Natick, MA
Sabina Mammadzada
Beneficiary