
Funeral expenses for Amid Omarov
Update!
Salam,
140-dan artıq pul köçürmələri baş tutdu.
GoFundMe vasitəsilə yığılmış pul vəsaiti, Diasporlarla İş üzrə Dövlət Komitəsinin ayırdığı büdcə və mərhumun qohum və yaxınlarının etdikləri yardım nəticəsində lazımi məbləğ toplanıb. Yaxın zamanda sənədlələşmə işləri bitdikdən sonra cəsədi Azərbaycana yola salacayıq.
Biganə qalmayan və köməyini əsirgəməyən hər kəsə təşəkkürümüzü bildiririk.
Allah rəhmət eləsin!
Известие о смерти нашего соотечественника, уважаемого бывшего врача Научно-Исследовательского Института Нейрохирургии РАМН им. Акад. Н.Н.Бурденко Амида Омарова потрясло всех нас.
Амид Омаров 1982-го года рождения пропал без вести, и через несколько дней выяснилось, что он скоропостижно скончался в Майами. В США он вынужденно чтобы прокормить семью работал на кар-холере. Никто из общин в Майами его не знает, т.к. он оказался здесь по работе. Мы не смогли найти его родных и знакомых в США. Тело в данный момент находится в морге. У него осталось двое малолетних дочерей. Как дань нашей традиции, тело Амид-бея должно быть передано его семье в Азербайджане и предано земле.
Ввиду необходимости финансовой поддержки обращаемся ко всем и для оплаты просим желающих перейти по ссылке.
Rusiya Tibb Elmləri Akademiyasının ak. N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun hörmətli keçmiş həkimi, həmyerlimiz Amid Ömərovun vəfatı xəbəri hamımızı sarsıtdı.
1982-ci il təvəllüdlü Amid Omarov öncə itkin düşüb, sonradan onun Mayamidə qəfildən vəfat etdiyi məlum olub. Buraya işlə əlaqədar (ailəsini təmin etmək üçün ABŞ-da məcbürən sürücü işləyib) gəldiyindən Mayamidəki icmaların heç biri onu tanımır. ABŞ-da onun qohum və tanışlarını tapa bilmədik. Cəsəd hal-hazırda meyitxanadadır. Onun 2 azyaşlı qızı yetim qaldı. Adət-ənənəmizə hörmət olaraq Amid bəyin cənazəsi Azərbaycanda ailəsinə təhvil verilərək dəfn edilməlidir. Maddi dəstəyə ehtiyac olduğuna görə icmamıza müraciət edirik və ödəniş etmək üçün linkə daxil olmalarını xahiş edirik.
Organizer and beneficiary

United Society of Azerbaijanis
Organizer
Hallandale Beach, FL
Iman Funeral Services Inc
Beneficiary