Main fundraiser photo

Help Khasmamad get his master's degree in Germany

Donation protected
[Önəmli: Nadir Nadirov mənim dostumdur və toplanan pulu çəkməyimə kömək edəcək. Kampaniya tamamilə mənə aiddir]

[Scroll down for English]
[Important: Nadir Nadirov is my friend and he will help me withdraw the donations. The campaign belongs solely to me]

[For direct donations from Europe and Turkey, see the bank account information below]

[Azərbaycandan, Avropadan və Türkiyədən birbaşa transfer üçün aşağıda hesab məlumatları vermişəm]

[Xüsilə Azərbaycandan olan ianələrdə əlavə komissiyadan yayınmaq üçün birbaşa hesaba göndərə bilərsiniz]

[Click here  to see the amount of direct transfers]

[Birbaşa transferlərin miqdarını görmək üçün buraya  baxın]
 
 
 
Salam!
 
Bu ianə kampaniyasını Almaniyadakı magistr təhsilim üçün maddi təminat hazırlamaq məqsədi ilə başladıram. Türkiyənin Bilkent Universitetinin Kompüter Mühəndisliyi fakültəsində bakalavr təhsilimi yekunlaşdırdıqdan sonra Avropanın və dünyanın ən yaxşı universitetlərindən biri olan Münhen Texniki Universitetində magistr təhsili almaq haqqı qazandım. Ancaq, təəssüf ki, Almaniyaya getmək üçün yetərli maddi imkanım yoxdur.
 
Təhsil həyatıma Gürcüstanın Qaraçöp bölgəsində, ucqar bir kənd məktəbində başladım. Ordakı imkanların yetərli olmadığını başa düşən valideynlərim məni daha yaxşı təhsillə təmin edə bilmək üçün Bakıya köçməyi qərara aldı. Bakıda Azərbaycanın ən yaxşı məktəblərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul oldum. Liseydə ikən müəllimlərim və şagird dostlarım arasında yüksək istedadıma görə tanındım. Eyni zamanda, “Xəmsə”, “Nə? Harada? Nə Zaman?” və “Breyn Rinq” kimi ölkə miqyaslı intellektual yarışlarda bir neçə dəfə ən yuxarı dərəcələri əldə etdim. Bundan əlavə, 2016-cı ildə ölkə üzrə ən istedadlı şagirdlərin qatıldığı “Əlaçı” verilişinin qalibi oldum.
 
Bu uğurlarımdan həvəslənərək özümə daha yüksək məqsədlər qoymaq və potensialımı sonuna qədər dəyərləndirmək qərarına gəldim. Eyni zamanda anladım ki, artıq qayələrim sadəcə ailə büdcəsindən olan yardımlarla gerçəkləşə bilməz. Amma özümə olan inamımı itirmədim və xəyallarımın arxasınca getdim.
 
Liseyi bitirdikdən sonra irəli getməyimin tək yolu təqaüdlü bir proqram qazanmaq idi. Belə də etdim. Bilkent Universitetində tam təqaüdlə oxumaq haqqı qazandım. Bakalavr illərimdə dərslərimi böyük bir səylə oxudum və universiteti 3.91 (4.00 üzərindən) qiymətlə və, bunun da yanında, Ankara, Amsterdam və Amerikanın Maryland Universiti kimi yerlərdə qazandığım iki ilə yaxın araşdırma və staj təcrübəsi ilə bitirdim (CV-mə keçid).
 
İndi isə dünyanın ən yaxşı universitetlərindən birində magistr təhsili almaq imkanını qazandığıma görə sevincliyəm. Birinci semesterdə leksiyalara onlayn qatılmaq mümkün olsa da, imtahanlar üçün Münhenə getməli olacam. Həm də ki, Münhenə yerləşməklə ikinci semester və sonrasında dərslərin üzbəüz olmaq ehtimalına hazırlıqlı olmalıyam.
 
Sizin köməyinizə ona görə ehtiyacım var ki, Almaniyanın viza tələblərindən birini qarşılaya bilmirəm. Məndən tələb olunur ki, minimal maddi imkanın varlığını sübut etmək üçün 10.000 avrodan çox məbləğdə maddi vəsaitim olsun (detallar üçün buraya baxın). Bu tələbin məqsədi odur ki, Almaniyada ikən kirayə, yemək və nəqliyyat kimi zəruri xərcləri qarşılaya bilim. Odur ki, bu kampaniyanın məqsədi sadəcə viza almağımla limitlənmir. Burdan toplanacaq vəsaitlə Almaniyadakı yaşam xərclərimi qarşılaya biləcəm.
 
Sizin töhfələrinizlə təhsil həyatıma davam biləcəm və daha bacarıqlı bir fərd olaraq yetişəcəm. Sizə əminlik verirəm ki, dəstəyinizi layiqincə dəyərləndirəcəm.
 
İanə edə bilmirsinizsə, dəstəyinizi bu kampaniyanı paylaşaraq göstərə bilərsiniz.
 
Agah olduğunuz üçün və güvəniniz üçün təşəkkür edirəm.
 
Hörmətlə,
Xasməmməd Şabanov


Birbaşa transferlər üçün bank hesabı detalları:

Azərbaycandan:
Kart nömrəsi: 4169 7377 2187 1693
Ad soyad: Ceyran Aliyeva


Türkiyədən:
IBAN:  TR820006701000000055320438
Ad Soyad: Khasmamad Shabanovi

Avropadan:
IBAN: LT62 3250 0383 3309 2266
Ad Soyad: Javid Shabanovi


***************************************************************



Hi!
 
I am starting this fundraising campaign to finance my graduate studies in Germany. After finishing my Bachelor’s degree in Computer Engineering at Bilkent University, I got accepted to the Computer Science Master’s degree at the Technical University of Munich, one of the best universities in Europe and the world. However, I don’t have the financial means to move to Germany.
 
I started my educational journey at a village school in the suburbs of Georgia, a place where a constant supply of electricity was a rare sight. However, my parents were dedicated to educating me in the best way possible. Hence, we moved to Azerbaijan and I got admitted to one of the best schools in the country. Excelling in my studies during my school years, I decided to aim for something bigger and realize my potential to the fullest. I understood, then, that my ambitions could not be realized through contributions from the family budget. Nevertheless, I never lost faith in myself and went after my dreams.
 
When I finished school, the only way forward for me was to find a scholarship program. That is what I did. I won a full scholarship award from Bilkent University. During my undergraduate years, majoring in Computer Science, I put tremendous effort into my studies and aced most of my classes despite never having programmed before. I finished my Bachelor’s degree with a CGPA of 3.91 (out of 4.00) alongside almost two years of undergraduate research and internship experience in multiple companies in Ankara and Amsterdam, and the University of Maryland in the USA (link to my resume).
 
Now, I am excited at the prospect of opportunities brought forth by being a master’s student at one of the best universities in the world. Although it is possible to attend the lectures remotely during the first semester, I will have to travel to Munich to take my exams. I will also need to settle in Munich by the end of the semester as an assurance in case of lectures being held face-to-face second semester onwards.
 
The reason I need your help is that there is a visa requirement that I cannot fulfill. I am required to have more than 10.000 euros to prove my financial capacity (click here for the details). This sum is to guarantee that I will be able to cover the necessary expenses (such as rent, food, and transportation) during my stay in Germany. So, the aim of this fundraising is not limited to simply obtaining the visa. Even more importantly, it will help me sustain my livelihood in Germany.
 
Your contributions will help me pursue my academic interests and grow into a more capable individual. I assure you, I will never take your help for granted and I am fully intent on giving back to the community that helped me.
 
I would appreciate it if you share the fundraiser with your friends.
 
Thanks for trusting in my cause.
 
Sincerely,
Khasmamad Shabanovi


Bank account information for direct transfers:

From Turkey:
IBAN:  TR820006701000000055320438
Name Surname: Khasmamad Shabanovi

From EU:
IBAN: LT62 3250 0383 3309 2266
Name Surname: Javid Shabanovi
Donate

Donations 

  • Frederic Winter
    • €50 
    • 3 yrs
  • Bakhtiyar Neymanov
    • €200 
    • 3 yrs
  • Anonymous
    • €50 
    • 3 yrs
  • Shamil Mustafayev
    • €25 
    • 3 yrs
  • Anonymous
    • €20 
    • 3 yrs
Donate

Organizer and beneficiary

Khasmamad Shabanovi
Organizer
Munich
Nadir Nadirov
Beneficiary

Your easy, powerful, and trusted home for help

  • Easy

    Donate quickly and easily.

  • Powerful

    Send help right to the people and causes you care about.

  • Trusted

    Your donation is protected by the  GoFundMe Giving Guarantee.