Main fundraiser photo

Şiddət Görən Qadınlara Dəstək/Support DV survivors

Donation protected
For English scroll down...

Əziz qadınlar və bizə dəstək olmağa çalışan şəxslər,
Biz Azərbaycanlı qadınlardan ibarət təşəbbüs qrupu olaraq Azərbaycanda məişət zorakılığı qurbanlarına yardım etmək məqsədilə bu kampaniyaya başlamışıq. Bizim bu təşəbbüs qrupu heç bir təşkilatla bağlı deyil və qarşımıza qoyduğumuz məqsədi elə bu təşəbbüs qrupu olaraq da davam etdirəcəyik. 

Əziz yardımsevər insanlar, bir zamanlar əzilən, ata, qardaş, ər şiddəti görən, amma ayaq üstə dayanan, güc tapan, özünü xilas edən, işini qurub, öz pulun qazanan və bu gün başqa qadınlara kömək etmək iqtidarında olan qadınlar! Bir zaman Azərbaycanda yaşayıb qadın haqları və digər mühüm işlərdə rolu olmuş və vəziyyətdən xəbərdar olan  qadınlar! Azərbaycandakı maddi vəziyyət və digər problemlər ucbatından normal bir qadın sığınacağının olmaması və digər yollarla maddi yardımın tapılmasının mümkün olmadığını bilən kəslər!

  Biz xaricdə yaşayan qadınlar Azərbaycanda yaşayan, orda ailənin kişi və bəzən də elə qadın üzvləri tərəfindən təhqirə, şiddətə, alçaldılmalara məruz qalan həmcinslərimizin halına yanırıq. Bilirik ki, orda polis də, məhkəmə də, vəkil də, hakim də, və nə yazıq ki, cəmiyyət də təcavüzçü, zorakı kişinin tərəfini saxlayır. Maddi asılılıq, getməyə yeri olmamaq, hüquqi yardim ala bilməmək, insanların tənəsi, özünə inanmamaq kimi səbəblər yüzlərlə, minlərlə qadınlarımızı evdə ata, qardaş, ər yumruğuna dözməyə vadar edir. Bəzən bu yumruqlar ona uşağının gözü qarşısında vurulur, bəzən zədəni təkcə o deyil, körpələr də alır.

  Biz bu qadınların heç olmasa bir qismini xilas etmək, onlara ilkin hüquqi, psixoloji və maddi yardım vermək istəyirik. Amma bunu ani və bir dəfəlik etmək deyil, institulaşdırmaq, sistemləşdirmək qərarına gəldik. Qərara gəldik ki, aylıq büdcə ayıraq, o pul ölkəmizdə şiddət görən qadınlara sərf edilsin. Vəsait imkan verdiyi sayda qadınlara dəstək göstərməyi qarşımıza məqsəd qoymuşuq. Birdəfəlik yardımdansa biz hər ay müəyyən bir məbləğdə yardım toplayıb bu köməyi onlara davamlı edə biləcək bir fond yaratmaq istəyirik. 

GÖNDƏRDİYİNİZ İANƏLƏRİ NECƏ ÇATDIRACAĞIQ:
1. Siz bizə GoFundMe saytı ilə öz ianələrinizi edirsiz. Hər ayın sonu toplanan məbləği biz təşəbbüs qrupunun Azərbaycandakı qadınlar şəbəkəsinə transfer edəcəyik.
2. İctimai fəallığı olan, ictimai inam qazanmış, qadın haqları mövzusunda həssas, diqqətli adamlar ianə edilmiş vəsaitin düzgün xərclənməsinə nəzarət edəcəklər.
3. Bütün pullar Azərnaycanda xərclənəcək, və şiddət görmüş qadınlara direkt və ya birbaşa yardım ediləcək.

TOPLADIĞIMIZ İANƏLƏRİ NƏYƏ XƏRCLƏYƏCƏYİK: 
1. Şiddət görmüş qadına qalmağa və ya yaşamağa təhlükəsiz məkan müəyyən etmək,
2. Ilkin və ardıcıl hüquqi yardım göstərmək,
3. Davamlı psixoloji yardımı təmin etmək,
4. Ilkin ehtiyaclarının bir qismini qarşılamaq üçün.

Təşəbbüs qrupumuzda Azərbaycanda qadın və gender haqları uğrunda yorulmadan çalışan Günel Mövlud, Səmra Sədrəddinli, Gülnarə Mehdiyeva, Fidan Nazar, Gunay Mustafayeva və mən Lala Mahmudova varıq. İanə etdiyiniz hər bir məbləq qeydə alınacaq və sizə bu məbləğin necə xərcləniləcəyi haqda da məlumat veriləcəkdir.

Əziz qadınlar, xüsusilə də, maddi çətinliyi olmayan qadınlar, sizi də bu aksiyaya qoşulmağa dəvət edirik. Bir zamanlar özünüzün və sizə yaxın olan qadınların  üzləşdiyi çətinlikləri başqalarının da aşmasına yardım edin. O vaxt sizə və doğmalarınıza kömək etmiş insanları yadınıza salın və indi özünüz həmin yaxşı adam olmağa çalışın.

Təşəkkür edirik!
Kampaniya komandası 

________________________________


Support Domestic Violence Survivors in Azerbaijan

Dear women,

We, a group of women in Azerbaijan formed an initiative group to support domestic violence survivors in the country. 

   Dear kindhearted people, the women who once suffered violence at the hands of their fathers, brothers or husbands, but found the will to stand for themselves no matter what, found a job, and now earn their own money, by which they could support other women who have fallen victim to the same situation. The women who once lived in Azerbaijan, who were active in supporting women's rights and have knowledge of the situation in that country! The people who acknowledge the fact that due to the lack of funding there is not any well-organized shelter for domestic violence survivors!

Us women, who are living outside of the country know that there is great stigma against those women in Azerbaijan who face domestic violence every day, who therefore want to leave their violent husband and family members. And we feel for them. We know that, unfortunately, the police, the law enforcement officials, the court system, the judges, and the majority of society supports and endorses the perpetrators of the violence - the men of the house and the husbands.

Financial dependence, having no place to go, lack of legal help, scathing judgements from the bulk of society, having low self-esteem, and a slew of other reasons are what make hundreds and thousands of women bear the battering fists of their own fathers, brothers, and husband`s. Many times this violence happens in front of their kids and sometimes those kids are on the receiving end of the battering as well.

We aim to save some of these women--as many as we can--by providing preliminary legal, psychological and financial support. But we do not want it to be a one temporary patch for the problem. We have decided to systemize and institutionalize it. We have decided to raise money monthly, and use this fund for those women who suffered Domestic Violence. Our goal is to help as many women as we can, something which depends on how much funds we can raise.

HOW WE WILL TRANSFER THE MONEY:
1. You are making your donation through GoFundMe.
2. Every month we will transfer that money to the active women network in Azerbaijan.
3. All the money will spend in Azerbaijan and we will do it by helping directly those women who suffered from domestic violence.

Those who are socially active and who have gained public confidence, tirelessly working on behalf of women's rights and gender rights, who are part of an attentive and vigilant group of women, will manage and supervise this fund. This team consists of Gunel Movlud, Samra Sadraddinli, Gulnara Mehdiyeva, Fidan Nazar, Gunay Mustafayeva and me, Lala Mahmudova. Every amount which you donate will be documented and you will be informed on how we spend it.

WHAT WE WILL SPEND DONATIONS ON:
1. We will find a place to stay for the women who suffered from domestic violence 
2. Preliminary and continuous legal help 
3. Psychological help 
4. Support women with some important daily expenses such as transportation and other.

Dear women, especially those who don't have financial problems, we invite you to join this campaign. Help others to defeat the hardships you once faced. Remember the people who helped you, remember your loved ones, and be that kind-hearted person yourself for others!

Thank you!
Campaign team

Fundraising team (5)

Lala Mahmudova
Organizer
Chicago, IL
Gunel Movlud Imanova
Team member
Raised $220 from 8 donations
Gulnara Mehdiyeva
Team member
Raised $50 from 1 donation
Fidan Nazar
Team member
Günay Hüseyn
Team member

Your easy, powerful, and trusted home for help

  • Easy

    Donate quickly and easily.

  • Powerful

    Send help right to the people and causes you care about.

  • Trusted

    Your donation is protected by the  GoFundMe Giving Guarantee.